ABŞ-dən Ukraynaya QADAĞA:

16-05-2024, 10:58           
ABŞ-dən Ukraynaya QADAĞA:
ABŞ müharibə zonasından kənar ərazilərə hücum etmək üçün Ukraynaya verdiyi silahlardan istifadə etməyə icazə verməyib.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyevdə mətbuat konfransı zamanı deyib.

“ABŞ Ukraynaya silahlarını öz ərazisindən kənarda istifadə etməyə icazə verməyib. Biz bu hücumları təşviq etmirik”, - o bildirib.

Dövlət katibi əlavə edib ki, Kiyev öz əməliyyatlarını necə həyata keçirməklə bağlı qərarını verməlidir. Mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edib.

Xatırladaq ki, Blinken bu yaxınlarda Kiyevə gəlib. O, burada Ukrayna Silahlı Qüvvələrinin kritik məqamda olduğunu bəyan edib:

“Bu, Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləməsi ilə bağlıdır. Yaxın gələcəkdə ukraynalılardan çoxlu güc tələb olunacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova isə bildirib ki, Blinken Kiyevə Ukraynanı dəstəkləmək üçün gəlməyib. Onun sözlərinə görə, əsas məqsəd ukraynalıları “ələ salmaqdır”. \\Sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru