Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib

16-05-2024, 08:44           
Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib
“Çin hakimiyyəti noyabrda silahlara nəzarətlə bağlı ABŞ-ın təkliflərinə cavab verməyib”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins deyib.

O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib: “Ötən ilin noyabr ayında onlarla dialoq apardıq. Bu, bəzi narahatlıqlarımızı, məsuliyyətli nüvə güclərinin etməli olduğu bəzi şeyləri qeyd etmək fürsəti idi.

Biz onlara böhranları idarə etmək və riskləri azaltmaq üçün hərəkət edə biləcəyimiz bəzi sahələri və gələcək qarşılıqlı fəaliyyət imkanlarımızı göstərən bir sənəd verdik. Bu günə qədər biz ÇXR-dən bununla bağlı cavab almamışıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.