Pezeşkian: Əli dövləti qurduğumuzu deyirik, amma…

1-11-2024, 11:52           
Pezeşkian: Əli dövləti qurduğumuzu deyirik, amma…
İranın prezidenti Məsud Pezeşkian ötən gün Qum şəhərinə səfər edərək, oradakı din xadimləri ilə görüşüb. Tribunainfo.az xəbər verir ki, ayətullah Məkarim Şirazi ilə görüşdə isə maraqlı dialoq yaşanıb və fikirlər səsləndirilib.
Məkarim Şirazi bildirib ki, İranda qadınlara məcburi qaydada hicab tələbi qoymaq yanlışdır. Onun sözlərinə görə, bu məsələ zorla həyata keçirilməməlidir.
Pezeşkian isə söhbət əsnasında İran molla rejimini dolayısı ilə tənqid edib. O deyib: “Biz özümüzə İslam ölkəsi qurduğumuzu, Əli şiəsi olduğumuzu deyirik. Lakin Həzrət Əlinin dediklərinin heç birini etmirik. Onu nə gündəlik həyatımızda, nə də idarəçilikdə tətbiq etmirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru