Səudiyyə Ərəbistanı: Fələstin dövləti İsrailin qəbuluna bağlı deyil

2-11-2024, 11:08           
Səudiyyə Ərəbistanı:
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan vurğulayıb ki, Fələstin dövlətinin yaradılması israillilərin onu qəbul edib etməməsi ilə deyil, beynəlxalq hüququn qayda və prinsipləri və BMT qətnamələri ilə bağlıdır.

İndex.az xəbər verir ki, Ər-Riyadda keçirilən İnvestisiya Təşəbbüsü Forumunda iştirak edən nazir Bin Fərhan Fələstinin ən qısa zamanda Birləşmiş Millətlər Təşkilatına üzv olmasını istədiyini deyib.

Bin Fərhan bildirib ki, İran Səudiyyə Ərəbistanına bölgədəki gərginlik dövrəsini davam etdirməyin onun maraqlarına uyğun olmadığını bildirib və iranlı həmkarı Abbas Arakçiyə bölgədə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru