"Nüvə silahı Rusiyanın aqressiyasının qarşısını almaq üçün ideal vasitədir" — Eşton Karter

27-09-2016, 10:46           

ABŞ-ın müdafiə nazairi Eşton Karter ABŞ və Rusiya arasındakı gərginlikdən danışıb.

Ölkə.Az xəbər verir ki, Pentaqonun rəhbəri Rusiyanın aqressiv hərəkətlərinin qarşısını almaq üçün nüvə silahının çox vacib bir vasitə olduğunu vurğulayıb.

"Bu gün nüvə silahından istifadə ehtimalı çox yüksəlib. Şimali Koreya və Rusiyanın bu sahədə yaratdığı təhlükə nəzərə alınarsa, vəziyyət soyuq müharibə dövründəki kimidir", deyə Karter bildirib.

Daha sonra Pentaqon rəhbəri Rusiyanı və Şimali Koreyanı nüvə təxribatında ittiham edərək belə ölkələrin qarşısının alınması üçün nüvə arsenalının vacibliyini bir daha qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru