Gülən bu ölkəni ələ keçirmək istədi...

27-09-2016, 11:00           
Gülən bu ölkəni ələ keçirmək istədi...
FETÖ terror təşkilatının 170 ölkədə təşkilatlanması Türkiyəni hələ də narahat edən məsələlərdən biridir.

Axar.az xəbər verir ki, Türkiyə Dini İşlər və Vəqflər Nazirliyinin sabiq məsləhətçisi Adda Fəllahi terrorçu Fəthullah Gülənin Əlcəzairdə böyük bir imperiya qurduğunu açıqlayıb.

Məlumata görə, FETÖ 2003-cü ildə məxfi işlərini həyata keçirmək üçün Barbaros adlı məktəb açaraq, buranı iqamətgah elan edib. Əvvəlcə əcnəbi tələbələr üçün nəzərdə tutulan məktəbə sonradan Əlcəzair vətəndaşları da cəlb olunub. Bundan xəbər tutan yerli hökumət məktəbi bağlayıb.

2015-ci ilin oktyabrında bağlanan “Əl Vətən” telekanalının sahibi, məşhur iş adamı Cəfər Şelli Gülənin ona ortaqlıq təklif etdiyini, lakin özünün buna razılıq vermədiyini bildirib.

Daha sonra məlum olub ki, Gülən Cəfər Şelli ilə əlaqə yaradaraq, bu ölkədə FETÖ-nun güclənməsinə səbəb olacaq yeni bir kanal yaratmağı planlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.