Səudiyyə Ərəbistanı və İran arasında neft görüşü fiaskoya uğradı

27-09-2016, 21:15           
Səudiyyə Ərəbistanı və İran arasında neft görüşü fiaskoya uğradı
Səudiyyə Ərəbistanının energetik naziri Xalid əl-Falih və İranın neft naziri Bijan Namdar Zəngani bu gün keçirdikləri görüşdə neft hasilatının azaldılması ilə bağlı ümidləri puça uğradıblar.

Avropa.info xəbər verir ki, görüş OPEK üzvlərinin qeyri-rəsmi görüşü səviyyəsində keçirilən görüş Əlcəzairdə baş tutub. OPEK-dəki mənbə deyib ki, Ər-Riyad və Tehran arasında fikir ayrılıqları əvvəlki tək ciddidir.

“Görüş məsələhət xarakteri daşıyırdı. Biz ünsiyyətdə olaraq tərəfləri, o cümlədən OPEK katibliyinin fikirlərini dinlədik” – əl-Falih belə deyib.

“İndi qərarlar qəbul etmək vaxtı deyil. Çalışırıq ki, OPEK-in noyabrda Vyanada keçiriləcək sammiti ərəfəsində konsensus əldə etməyə çalışacağıq”- İran nümayəndəsi belə düşünür.

Neft bazarında təklifin tələbdən artıq olması 2014-cü ildən bəri dünya neft qiymətlərinin sürətlə düşməsinə səbəb olmuşdu. Hal-hazırda neft qiymətlərinin balanslaşdırılması üçün yollar axtarılır.

Keçən həftə Səudiyyə Ərəbistanı Röytersə demişdi ki, hasilatı o zaman azalda bilər ki, İran da hasilatı azaltmaqla bağlı müqaviləyə qoşulsun.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru