Moskva ilə Vaşinqtonun Suriyaya dair razılaşması yayıldı- Rusiya ABŞ-ı sazişi gizli saxlamaqda ittiham etdi

28-09-2016, 01:40           

Moskva ilə Vaşinqtonun Suriyaya dair razılaşması ictimailəşib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Rusiya XİN-in iddiasına görə, Moskva sazişin mətnini ictimailəşdirməklə bağlı bir neçə dəfə təkid etsə də, Vaşinqton buna qarşı çıxıb.

Yalnız sazişin bəzi detalları xarici KİV-lərə sızandan sonra ABŞ Dövlət Departamenti sənədin yayılmasına razılıq verib.

Qeyd edək ki, sentyabrın 23-də «Associated Press» sənəddən bəzi hissələri dərc etmişdi.

Xatırladaq ki, sentyabrın 9-da İsçveçrədə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya ilə bağlı çoxmərhələli plana dair razılığa gəliblər. Plana əsasən, sentyabrın 12-dən Suriyada atəşkəs rejimi elan olunub. Atəşkəs bir həftə davam edib və bu müddətdə tərəflər bir-birlərini onu pozmaqda ittiham ediblər.

Sentyabrın 19-da əvvəl müxaliflər, sonra isə hökumət qüvvələri döyüşlərin bərpa olunduğunu elan edib. Bununla yanaşı, Moskva və Dəməşq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Suriya ordusunun mövqelərinə zərbələr endirməkdə ittiham ediblər.

Vaşinqtondan isə bəyan ediblər ki, Moskva Suriyada humanitar konvoya hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru