ABŞ-ın Adanadakı Konsulluğu Amerika vətəndaşlarına terror xəbərdarlığı edib. Axar.az xəbər verir ki, konsulluq ölkə vətəndaşlarını Amerika brendi olan otellərdən uzaq durmağa çağırıb. Konkret olaraq hansı otellərin əsas təhlükə mənbəyi olacağı açıqlanmasa da, jurnalistlər məhz Türkiyənin bu ərazisində yerləşən “Şeraton” və “Hilton” otellərinin əsas hədəf olduqlarını iddia ediblər. Qeyd edək ki, ABŞ-ın İncirlik hərbi bazası da Adanada yerləşir. Bu bazada Amerika özünün 50-yə yaxın atom bombasını yerləşdirib.