İngiltərə futbol yığmasının baş məşqçisi korrupsiyada günahlandırılır

27-09-2016, 23:13           
İngiltərə futbol yığmasının baş məşqçisi korrupsiyada günahlandırılır
İngiltərə yığmasının baş məşqçisi Sem Ellerdays korrupsiyada günahlandırılır.
Apasport.az saytı xəbər verir ki, bu, “The Daily Telegraph” nəşrinin apardığı araşdırmalar nəticəsində üzə çıxıb.
Nəşrin əməkdaşları özlərini asiyalı biznesmen kimi qələmə verərək, Ellerdaysa İngiltərə “transfer bazarı”nda fırıldaqla pul qazanmaq istədiklərini bildiriblər. Məşqçi ilə danışıq kameraların yaddaşına həkk olunub.
61 yaşlı mütəxəssis 518 min dollar qarşılığında onlara kömək etməyə razılıq verib. O, bu yolla İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərə idmançıların iqtisadi hüquqlarına sahib olması ilə bağlı qadağadan yan keçməsinə yardımçı olmalı idi. Görüş zamanı Ellerdays yığmadakı sələfi Roy Hocsonu, həmçinin futbol assosiasiyasını tənqid edib.
Assosiasiyanın nümayəndələri hadisəyə şərh verməyiblər. Onlar “The Daily Telegraph”a müraciət ediblər ki, transfer danışığı ilə bağlı kamera görüntüsünü quruma göndərsin.
Qeyd edək ki, Ellerdays iyulun 22-dən İngiltərə yığmasının baş məşqçisidi. Müqaviləyə görə, o, ildə 3,9 milyon dollar qazanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru