İsrailin insult keçirən keçmiş prezidenti Şimon Peresin öldüyü iddia edilib. Axar.az xəbər verir ki, bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb. O, sentyabrın 13-də insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Xatırladaq ki, 2009-cu ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Formunda o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan Şimon Peresi tənqid edərək Qəzzada günahsız insanları öldürməkdə ittiham etmişdi.