"Demokratiya carçısı" əli qanlı diktatorun pulları ilə necə prezident seçildi... - 6 milyon yarımlıq qalmaqalı sübut edən sənəd üzə çıxdı , kəşfiyyat və polis rəisləri həbs olundu
28-09-2016, 02:19
Liviyanın öldürülən lideri Müəmmər Qəddafinin keçmiş Fransa Prezidenti Nikola Sarkoziyə 2007-ci ildəki seçki kampaniyasını aparmaq üçün maliyyə dəstək verdiyini sübut edən yeni yazılı sənədlər üzə çıxıb.
Avropa.info xəbər verir ki, ötən gün bununla bağlı Sarkoziyə yaxın keçmiş kəşfiyyat və polis rəisləri saxlanılıb.
Fransada qalmaqalı xəbərləri ilə tanınan məşhir "Mediapart" xəbər saytı, Liviyanın sabiq neft nazirlərindən olan və 2012-ci ildə Avstriyanın paytaxtı Vyanada ölü tapılan Şükrü Qanemə aid olduğu müəyyənləşən əl yazmasından ibarət dəftərin Sarkozi haqqında istintaq aparan fransız prokuror Serge Tournairein əlində olduğunu yazıb.
Norveçli bir şirkət haqqında açılan korrupsiya iddiası çərçivəsində Qanemin Hollandiyada yaşayan kürəkəninin evində aparılan axtarış nəticəsində sözügedən dəftərin ələ keçirildiyini qeyd edən xəbər saytı, bu dəftərin daha sonra Fransa məhkəməsinə çıxarıldığını bildirib. Xəbər saytı Liviyanın devrilmiş liderinin Sarkozinin kampaniyasına 6,5 milyon avrodan çox maliyyə dəstək verdiyini iddia edib.
Paris prokurorluğu sözügedən məsələylə bağlı 2013-ci ildə istintaq açma qərarı almışdı. Prokurorluq araşdırmnı Liviya əsilli iş adamı Ziad Takieddinenin Qəddafi rejiminin devrilməsindən öncə, 1,5 milyon avronu gizlincə Fransaya göndərdiyini iddia etməsi ilə başlamışdı. Tunisdə həbsdə saxlanılan Liviyanın keçmiş baş naziri Bağdadi Mahmudu də 2012-ci ilin mayında vəkilləri vasitəsilə verdiyi açıqlamada, Sarkozinin 2007-ci seçki kampaniyasını Müəmmər Qəddafi tərəfindən maliyyələşdirildiyini bildirmişdi.