Kipr öz limanlarını Rusiyaya verə bilər –Səbəb

28-09-2016, 10:18           
Kipr öz limanlarını Rusiyaya verə bilər –Səbəb
Yaxın Şərqdə yaranacaq gözlənilməz situasiya zamanı Kipr öz limanları və aeroportlarını xilasetmə əməliyyatlarını həyata keçirmək üçün Rusiyaya verə bilər.

Bunu jurnalistlərə açıqlamasında Kiprin Rusiyadakı səfiri Georgios Kasulidis söyləyib. Onun sözlərinə görə, hazırda bu məsələdə razılıq əldə olunması üçün danışıqlar aparılır.

O, hazırda Rusiya və Kipr arasında hərbi-texniki əməkdaşlıq olduğunu bildirib. Səfir Kipr ordusunun hərbi arsenalının da böyük hissəsinin rus silahları olduğunu söyləyib. (Axar.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.