Tbilisidə türk restoranlarına hücum edildi

28-09-2016, 13:59           
Tbilisidə türk restoranlarına hücum edildi
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Kartuli dzala” (Gürcü gücü) millətçi təşkilatının 11 fəalı saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar Aqmaşenebeli prospektində kafe və mağazaları dağıdıblar.

Hadisə bir neçə saat öncə millətçilərin yürüşü zamanı baş verib.

Fəallar Qəhrəmanlar Meydanından “Marcanişvili” metro stansiyası istiqamətində hərəkət edirmişlər. Aqmaşenebeli prospektinə çatdıqdan sonra onlar küçədən keçənləri təhqir etməyə, ticarət obyektlərinə və kafelərə partlayıcı maddələr atmağa, həmçinin mağaza və restoranlara zərər yetirməyə başlayıblar.

Əldə edilmiş məlumata görə, türk restoranları millətçilərin hücumlarının obyektinə çevrilib. Onlar bu iaşə obyektlərinə daxil olaraq, “Millətə eşq olsun, düşmənə ölüm” qışqırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru