Mahmud Abbasdan Şimon Pereslə bağlı qalmaqallı açıqlama - "Peresin ölümü..."

28-09-2016, 19:23           
Mahmud Abbasdan Şimon Pereslə bağlı qalmaqallı açıqlama - "Peresin ölümü..."
Fələstin dövlət başçısı Mahmud Abbas İsrail prezidenti Şimon Peresin ölümü ilə bağlı böyük bir skandala imza atıb.

Avropa.info xəbər verir ki, 93 yaşında dünyasını dəyişən sabiq İsrail prezidenti Peres üçün başsağlığı mesajı yayan Abbas onun bölgədəki sülh üçün böyük bir itki olduğunu deyib.

Əldə olunan məlumata görə Fələstin prezidenti Mahmud Abbas minlərlə fələstinlini qatili olaraq tarixə keçən Şimon Peresin ölümü ilə bağlı qalmaqallı bir açıqlama verib.

Şimon Peresin ölümündən sonra “Twitter” hesabında qısa bir açıqlama verən Fələstin prezidenti Mahmud Abbas insanların sərt reaksiyası ilə qarşılaşıb.

Peresin doğum və ölüm tarixlərinin də yazıldığı açıqlamada deyilir: "Şimon Peresin ölümü bütün insanlıq və bölgədəki sülh üçün böyük bir itkidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru