ABŞ hərbi müttəfiqini itirdi: 'Son təlim olacaq'

29-09-2016, 22:46           
ABŞ hərbi müttəfiqini itirdi: 'Son təlim olacaq'
Filippin 2017-ci ildə ABŞ-la birgə hərbi təlim keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Filippin Xarici İşlər naziri Perfekto Yasay söyləyib. Onun sözlərinə görə, bu, Filippinin ABŞ-la son hərbi təlimi olacaq:

“Bizə hərbi müttəfiqlər və düşmənlər lazım deyil. Filippin hər kəslə dost olmaq istəyir. Bu, Cənubi Çin dənizində mübahisələrin həlli üçün gərəklidir”.

Qeyd edək ki, Filippin indiyə qədər ABŞ-ın Şərqi Asiyadakı əsas müttəfiqlərindən biri hesab edilirdi. Vaşinqton artıq əlli ildən çoxdur ki, bu ölkədə özünün ən böyük hərbi bazalarından birini yerləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru