İran kəşfiyyat şefi: - “Səddama 40 milyard verilmişdi ki…”
30-09-2016, 18:40
Səudiyyə Ərəbistanı İran-İraq müharibəsində Səddam Hüseynə 40 milyard yardım edib.
Axar.az xəbər verir ki, bunu İranın keçmiş kəşfiyyat naziri Heydər Muslihi əhali qarşısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bunu Səudiyyə Ərəbistanının keçmiş vəliəhdi Naif o zaman İran nümayəndə heyətinə söyləyib:
“Suriya böhranı başlayandan bu yana bəziləri Ər-Riyadla danışaraq bu konflikti həll etməmizi istədiklərini deyirlər. O zaman Milli Təhlükəsizlik Şurasının iclası təşkil edildi və buradan bir qrupun Səudiyyə Ərəbistanına gedərək müzakirələr aparması qərarı qəbul edildi. Qrup lideri olaraq Ər-Riyada mən göndərildim. Səudiyyə Ərəbistanına gedəndə o zamankı vəliəhd Naiflə görüşdük. Naif bizə İran-İraq savaşında Səddama 40 milyard dollar kömək etdiklərini söylədi. Eyni zamanda əlimizdə olan sənədlərə əsasən, Fars körfəzi ölkələri Səddama 70 milyard dollar veriblər. Düşmənin məqsədi həmişə bizi yox etmək olub”.