“Papanın səfərindən sonra Azərbaycan müharibəyə başlayacaq”

1-10-2016, 05:07           
“Papanın səfərindən sonra Azərbaycan müharibəyə başlayacaq”
ABŞ dövlət katibi Con Kerri “Qarabağdan gözünüzü çəkin” mesajını verib. O, qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. Dövlət katibi hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: “Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər”. ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr mürəkkəbdir: “Əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə, belə münaqişələr keçmişdə qala bilər.rr
Dövlət katibinin bəynatını şərh edən politoloq Zərdüşt Əlizadə Cümhuriyyət.az-a söyləyib ki, cəmiyyətimiz və dövlətimiz Qarabağa tam biganədir: “Qarabağ münaqişəsini həll etmək üçün Azərbaycan tələb olunan işlərin heç onda birini də görmür. Çünki cəmiyyət və dövlət, hakimiyyət və cəmiyyət ciblərini dodurmaqla məşğul olur. C.Kerrinin bu müşkülü yalnız zahiri cəhətdən təsvir edir. Bəli, Vaşinqtondan, ABŞ Dövlət Departamentindən baxanda görürsən ki, Azərbaycan və Ermənistanın prezidentləri elə bir mövqe tutublar ki, güzəştə nail olmaq qeyri-mümkündür. Amma eyni zamanda cənab Kerridə çox gözəl bilir ki, Qarabağ müşanqişəsinin astar tərəfi də var. Bu astar tərəfi ondan ibarətdir ki, Minsk qrupunun həmsdər dövlətləri -Rusiya , Fransa və ABŞ münaqişənin haqsız tərəfini, beynəlxalq hüququ pozan Ermənistanı dəsətkləyirlər ki, münaqişə ocağı sönməsin. Çünki onlar münaqişədən qazanırlar. Bu səbəbdən həmsədrlər məsələnin tənzimlənməsini istəmirlər. Azərbaycana da deyirlər ki, səlahiyyətlərindən istifadə edib,torpaqlarını azad etsin, lakin Ermənistana əl dəyməsin. Ermənistan isə özü bədbəxt ola -ola , öz xalqının başına qapaz vura -vura işgəncələrə məruz qala- qala, öz ağalarının sifarişini yerinə yetirir. Yəni münaqişə illərində separatçı ölkənin xeyli itkiləri olub. Azərbaycan ərazisini, Ermənistan isə gələcəyini itirib. Möcüzə baş verərsə, Azərbaycan nəysə edə bilər. Amma Ermənistan məhkum dövlət və məhkum millətdir”.
Əslində, C.Kerrinin vasitəçi olkənin dövlət katibi olaraq, bu “mümkünsüzlüyü” açıq mətnlə bəyan etməsi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik kiçik ümidləri də boşa çıxarıb. C.Kerrinin bu fikirlərin A24.Az-a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bildirib ki, ABŞ-ın dövlət katibinin indiki şəraitdə Qarabağ münaqişəsinin həllinin mümkünsüzlüyünü bildirməsi təmsil etdiyi ölkənin maraqlarından qaynaqlanır.tt
Politoloq əlavə edib ki, C.Kerrinin bu mövqeyi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün Qarabağda hərbi əməliyyatlara başlamaq niyyətini daha da qətiləşdirir: “Con Kerrinin bu situasiyada belə bir açıqlama ilə çıxış etməsi heç də gözlənilməz deyil. Onun hazırda Qarabağ münaqişəsinin tənzimlənməsinin mümkün olmadığını bəyan etməsi ABŞ-ın regionddakı maraqlarından və Rusiya ilə rəqabətindən irəli gəlir. Xatırladım ki, bir müddət əvvəl ABŞ Suriya böhranının həllinin ona, Qarabağ münaqişəsinin tənzimlənməsinin isə Rusiyaya həvalə olunmasını təklif etmişdi. Lakin Rusiya bu təkliflə razılaşmadı. Belə olduqda, ABŞ Rusiyanın Qarabağ münaqişəsinin həllinə yönəlmiş cəylərinin reallaşmasına mane olmaq yolunu tutdu. Başqa sözlə desək, ABŞ Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanmasına nail olmaqla ermənilərin maraqlarının müdafiəçisi olduğunu İrəvana nümayiş etdirir. Yəni Kerrinin bu bəyanatının sətiraltını oxumaq çətin deyil. Digər tərəfdən, bu açıqlama Azərbaycanın öz ərazi bütövlüyün hərbi yolla bərpa etmək niyyətini daha da qətiləşdirir. Sizə deyim ki, “Aprel döyüşləri”ndən sonra Azərbaycan ən azı yeddi dəfə hərbi əməliyyatları bərpa etməyə yaxın olsa da, müəyyən səbəblərə görə son anda bunu təxirə salıb. İndi isə hesab edirəm ki, Azərbaycan Roma Papasının Bakıya gözlənilən səfərindən sonra hərbi əməliyyatları bərpa edəcək.
Müdafiə naziri Zakir Həsənovun Ermənistan ərazisindəki hərbi hədəflərin müəyyənləşdirilməsi və vurulmasına hazırlıqla bağlı göstərişi də bu hazırlığın bir tərkib hissəsidir. Təkrar edirəm, Roma Papasının səfərindən sonra Azərbaycan hərbi əməliyyatları bərpa edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.