Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər – ABŞ Dövlət Departamenti

1-10-2016, 08:51           
Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər – ABŞ Dövlət Departamenti
Suriyada vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.

“Bu bir çox variantlardan biridir, sanksiyalarla bağlı məsələni təhlil edirik. Bu mümkündür, lakin mən hazırda bu barədə hər hansı bəyanat vermək niyyətində deyiləm”, deyə M.Toner bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin nümayəndəsi Coş Ernest Suriya hökumətinin hücumlarını dəstəklədiyi və Hələbdəki vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru