ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb

1-10-2016, 09:03           
ABŞ vətəndaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb
2001-ci ilin 11 sentyabrında terrorçuların hücumu nəticəsində Pentaqonda həyatını itirən hərbçinin həyat yoldaşı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırıb.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata görə, Stefani Ross Vaşinqton şəhər məhkəməsinə iddia ərizəsi təqdim edib. Sənəddə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hökuməti “Əl-Qaidə” terror təşkilatı və onun rəhbəri Usamə ben Ladenə dəstək verib.

Qeyd edək ki, sentyabrın 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanın Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı iddia qaldırılmasına icazə verən qanuna tətbiq etdiyi vetonu ləğv edib.

Xatırladaq ki, bu ilin mayında ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları ilə əlaqədar Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru