Neymar Braziliya hökumətini məhkəməyə verib

1-10-2016, 16:36           

“Barselona” futbol klubunun və Braziliya yığmasının hücumçusu Neymar vergi təhqiqatı barədə informasiyanın sızması səbəbindən öz ölkəsinin hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Braziliya paytaxtının federal məhkəməsinin hesabatında hakim Eduardu Santos da Roşa Penteadonun hələ mayın 17-də şikayət ərizəsi aldığı bildirilir. Lakin bu barədə informasiya yalnız indi internetdə peyda olub.

Hakimin artıq Braziliya hökumətindən məşhur futbolçunun məlumatına daxil olma səlahiyyətinə malik əməkdaşların siyahısını tələb etdiyi bildirilir.

2016-cı ilin mart ayında San-Paulu federal məhkəməsi Neymarı 2012-2014-cü illərdə vergidən yayınmaqda təqsirkar bilib. Məhkəmənin qərarına əsasən Braziliya yığmasının hücumçusu dövlət xəzinəsinə 46 milyon avro ödəməlidir. Həmçinin məhkəmənin idmançıya məxsus təyyarə və yaxtaya da həbs qoymaq niyyətində olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru