Rusiya Belarusun borcunu açıqladı

1-10-2016, 19:17           
Rusiya Belarusun borcunu açıqladı
Belarusun Rusiyadan aldığı qaza görə borcu 270-300 milyon dollardır.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində Rusiyanın Energetika naziri Aleksandr Novak söyləyib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Belarusla Rusiya arasında vahid neft və qaz bazarı yaradılacaq.

Qeyd edək ki, son günlər Belarusla Rusiya arasında münasibətlər gərginləşib. Moskva Belarusun ondan aldığı qaza görə borcunun olduğunu desə də, rəsmi Minsk bunu qəbul etmir. Rusiya buna görə Belarusa ixrac etdiyi neft məhsullarının həcmini azaldıb. Belarus Prezidenti Aleksandr Lukaşenko isə Kremlin bu addımını şantaj adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru