İran yeni nəsil pilotsuz hərbi təyyarəsini nümayiş etdirdi

2-10-2016, 00:32           
İran yeni nəsil pilotsuz hərbi təyyarəsini nümayiş etdirdi
İranda yeni nəsil pilotsuz hərbi təyyarənin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, RQ170 tipli təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri tərəfindən istehsal edilib.

“Şimşək” adlandırılan təyyarə uzaq mənzillərə uçuş həyata keçirmə qabiliyyətinə malikdir.

Təyyarə həmçinin raketlərlə təchiz olunaraq hədəfi vurma qabiliyyətinə malikdir.

Təyyarənin SEPAH tərəfindən 2011-ci ilin dekabr ayında qənimət götürülmüş RQ170 tipli ABŞ təyyarəsinin oxşarı olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru