Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb - FOTOLAR

2-10-2016, 12:30           
Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb - FOTOLAR
Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.

APA-nın xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.

Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.

Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

Bundan başqa, Fransisk “Heydər Məscidi” və Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru