Trampın Pentaqona rəhbər vəzifəsinə nominasiya etdiyi Pit Heqset namizədliyinin təsdiq olunması uğrunda mübarizəsini davam etdirir
6-12-2024, 16:14
ABŞ Prezidenti seçilən Donald Trampın Müdafiə Nazirliyinə rəhbər vəzifəsinə nominasiya etdiyi Pit Heqset çərşənbə günü deyib ki, o, Senatın təsdiqini almaq üçün mübarizəsini davam etdirir, baxmayaraq ki, xəbərlərdə Trampın onun yerinə başqa birini nominasiya etməyi nəzərdən keçirdiyi deyilir.
44 yaşlı ordu zabiti və Fox News kanalında tok-şou aparacısı olan Heqsetin Pentaqona rəhbər kimi nominasiya edilməsi Senatda müqavimətlə qarşılanıb. Belə ki, o, cinsi istismar və həddindən artıq içki qəbulu iddiaları ilə bağlı suallarla üzləşir.
Nə ordu hə də korporasiyalar baxımından hər hansı böyük bir təşkilatı idarə etmək təcrübəsi olmayan Heqset ölkənin 2.9 milyon əsgərinə, habelə orduda çalışan 700 min mülki vətəndaşa nəzarət etmək vəzifəsi üçün qeyri-adi bir seçimdir.
Ancaq Heqset deyir ki, o geri çəkilmir. Bununla belə ABŞ-da bir neçə xəbər agentliyi Trampın onun əvəzinə başqa bir nəfəri təyin etməyi, mümkür bəlkə də Florida qubernatoru Ron DeSantis və ya keçmiş ordu zabiti olan Ayova senatoru Coni Ernsti nəzərdən keçirdiyini bildirir. DeSantis hərbi dəniz qüvvələrinin veteranıdır və 2024-cü il seçkisində Respublikaçılar partiyasından prezidentliyə namizəd olub, yanvar ayında isə namizədliyini geri çəkib.
Heqset ABŞ Kapitolisində onu təsdiq edib-etməməkdə qərarsız olan senatorlarla görüşə gedərkən müxbirlərə “Mən bu səhər prezident seçilən [Donald Trampla] danışdım. O ‘davam et, davam et. Mən sonuna qədər arxandayam’ dedi… Mən niyə geri çəkilməliyəm?” deyib.
NBC News çərşənbə axşamı xəbər verib ki, Fox kanalının 10 hazırkı və keçmiş işçisi kanala bildirib ki, Heqsetin oradakı həmkarları onun spirtli içki qəbulu, o cümlədən bir neçə dəfə işə alkoqol qoxusu ilə gəlməsindən nahat olduqlarını bildiriblər.
Heqset həmçinin 2017-ci ildə Kaliforniyada keçirilən Respublikaçı qadınların konfransında baş verən bir insidentlə əlaqədar suallarala üzləşir. Bir qadını Heqseti orada həddindən artıq spirtli içki qəbul etdikdən sonra ona qarşı zorakılıq etməkdə ittiham edib. Heqset həmin qadının iddialarını araşdıran polisə bildirib ki, həmin insident razılıq əsasında baş verib və ona qarşı rəsmi ittiham irəli sürülməyib.
Trampın bir müttəfiqi, Respublikaçı ABŞ Senatoru Lindsi Qraham çərşənbə axşamı Heqsetə qarşı qaldırılan ittihamları “çox narahatedici” adlandırıb və deyib ki, onların bəziləri onun nominasiyasını nəzərdən keçirən senatorlar üçün “çox çətin olacaq.”
Növbəti Senatın çoxlu lideri olacaq Cənubi Dakota ştatından Respublikaçı Senator Con Tun bildirib ki, Heqset üzləşdiyi narahatedici iddialara cavab verməlidir.
“Çətin suallar qaldırılır, o da bunlara cavab verməli olacaq,” Tun deyib.