Makron sonadək vəzifəsindən əl çəkməyəcək

6-12-2024, 15:44           
Makron sonadək vəzifəsindən əl çəkməyəcək
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin bitməsinə qədər vəzifəsini davam etdirmək niyyətini təsdiqləyib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

"Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram", - Makron xalqa müraciətində bildirib.

Qeyd edək ki, dünən Fransa prezidenti ölkənin Baş naziri Mişel Barnyenin hökuməti istefaya göndərmək xahişini qəbul edib. Makron bildirib ki, yeni kabinet rəhbərinin təyinatı yaxın günlərdə elan ediləcək.

Xatırladaq ki, bir gün əvvəl Fransa Milli Assambleyası Baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq qətnaməsi qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru