İran Putinin ərəb kəşfiyyatçı ilə gizli danışığını açıqladı

2-10-2016, 21:27           

İran parlament sədrinin müavini Əmir Abdullahiyan 3 il öncə Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidmətinin rəhbəri Bəndər bin Sultanın Rusiyaya gerçəkləşdirdiyi səfərlə bağlı sensassiyalı açıqlamalar verib.

Axar.az Tasnim agentliyinə istinadən xəbər verir ki, Abdullahiyan Moskvadakı görüşün kifayət qədər gərgin keçdiyini bildirib:

“Əsədi devirmək üçün Suriyaya təzyiqlərin artdığı bir dövrdə Rusiyaya getdim. Məndən bir gün öncə Səudiyyə Ərəbistanının o dövrdə kəşfiyyat şefi Bəndər bin Sultan Moskvaya gedərək, Vladimir Putinlə görüşmüşdü. Bu görüşdə Bəndər bin Sultan Putinə Əsədin devrilməsindən bəhs edərək, “dünyadakı bütün silahlı qruplaşmaları Suriyaya topladıq” deyib.

Rusiya tərəfi isə Bəndər bin Sultana, “Siz silahlı qruplaşmalardan istifadə edərək Əsədi devirməkmi istəyirsiniz” sualını verib. Bəndər isə öz növbəsində, “Bəli, bu yolla biz Əsədi devirəcəyik” – cavabını verib.

Putin də Bəndərin bu cavabından sonra “Dəməşq hökumətinin devrilməsindən sonra bu silahlı qrupların Ər-Riyada gəlməyəcəyini haradan bilirsiniz” soruşub.

Ərəbistan rəsmisi isə, “Bəli, bunu bilirik.Əsəd devrildikdən sonra vaxt itirmədən bütün silahlı qrupları bombalayıb yox edəcəyik” deyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.