`Klinton ərinə xəyanət edir` - Trampdan şok iddia

2-10-2016, 21:51           

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Domald Tramp xanım rəqibi Hillari Klintonla bağlı şok ekkekti yaradacaq iddia irəli sürüb.

Pensilvaniya ştatının Manheym şəhərində tərəfdarları qarşısında çıxışı zamanı Tramp bildirib ki, Hillari Klinton ərinə xəyanət edə bilər.

“Klinton yalnız öz sponsorlarına sadiqdir. Əgər düzünü bilmək istəsəniz, mən onun heç Billə də vəfalı olduğunu düşünmürəm. Yox, camaat, doğrudan da, axı o nəyə görə sədaqətli olmalıdır?” – deyə Tramp çıxşında bildirib.

Prezidentliyə namizəd, həmçinin xatırladıb ki, əvvəllər Hillari Klintonun əri, ABŞ prezidenti Bill Klinton yalan danışmaqda ittiham edilmişdi və hətta buna görə Arkanzas ştatında vəkillik lisenziyasından məhrum olunmuşdu.

AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.