Avrozonada investorların inamı azalıb

10-12-2024, 16:08           
Avrozonada investorların inamı azalıb
Bazar araşdırması aparan Frankfurt mərkəzli Sentix dekabr ayı üçün Avrozona İnvestor Güvən İndeksi məlumatlarını açıqlayıb.
Noyabrda mənfi 12,8 bal olan Avrozona investor güvən indeksi dekabrda mənfi 17,5-ə geriləyib. Beləliklə, indeks ötən ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.

Bazarlar dekabrda etimad indeksinin mənfi 12.4 civarında olacağını gözləyirdi. Elan edilmiş məlumatlar bazar gözləntilərindən xeyli aşağı qalıb.

Mövcud Vəziyyət İndeksi də mənfi 21,5-dən mənfi 28,5 bəndədək azalaraq 2022-ci ilin noyabrından bəri ən aşağı dəyərə düşüb. Avrozonanın iqtisadi vəziyyətinə iki ən böyük üzv ölkə olan Almaniyadakı iqtisadi zəifliklər və Fransadakı siyasi qarışıqlıq mənfi təsir göstərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru