ABŞ Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib

10-12-2024, 08:27           
ABŞ Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib
ABŞ Dövlət Departamenti Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Buna səbəb kimi onların Ukrayna ilə münaqişə zamanı işğal edilmiş ərazilərdə seçki prosesində iştirakı göstərilib.

Qeyd olunub ki, yerli qanunlara görə, qurumun viza məhdudiyyətlərinə məruz qalan şəxslərin siyahısını açıqlamaq hüququ yoxdur.

Departament söhbətin konkret olaraq hansı seçkilərdən getdiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru