İranda “astronomik maaş” mübahisəsi

3-10-2016, 10:03           

Bəlli bir qismin astronomik səviyyədə maaş alması ölkədəki idarəetməni ləkələyir.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

O bildirib ki, həmin şəxslər aldıqları yüksək məbləği geri ödəməlidir:

“İranda 100 minə yaxın şəxsin maaşı ilə bağlı yoxlamalar başlayıb. Hesablama Şurası rüşvətin mənbələrini aşkara çıxaracaq”.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda 397 dövlət məmuru 200 milyon rialdan (5 min 600 dollar) çox məvacib alır. Artıq uzun müddətdir ki, bu, mübahisələrə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru