İranda hər il 50 min nəfər hava çirkliliyi səbəbindən ölür

11-12-2024, 16:48           
İranda hər il 50 min nəfər hava çirkliliyi səbəbindən ölür
İranda hava çirklənməsi ilə bağlı ölüm hallarının sayında artım müşahidə olunur.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndinin sözlərinə görə, hər il ölkədə hava çirkliliyi səbəbindən təxminən 50 min insan həyatını itirir.

Nazir qeyd edib ki, havanın çirklənməsi ölkə iqtisadiyyatına da ciddi ziyan vurur. Bunun maliyyə dəyəri ən azı 12 milyard dollar təşkil edir, bəzi hesablamalara əsasən isə bu rəqəm 20 milyard dollara qədər yüksələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru