ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda

13-12-2024, 15:38           
ABŞ-də gecələr səmada peyda olan dronların sirri hələ də açılmayıb: Sakinlər təlaşda
ABŞ-nin Nyu-Cersi ştatının sakinləri, üstündən həftələr keçməsinə baxmayaraq, səmada günü-gündən çoxalan sirli pilotsuz uçuş aparatları barədə hələ də məlumat öyrənə bilmirlər.

Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bununla bağlı yeni görüntülər yayılıb.

Bildirilir ki, yerli hakimiyyət vəziyyətdən narahatdır, federal hökumətdən və hərbçilərdən baş verənləri araşdırmağı tələb edir. Lakin Pentaqon naməlum dronların uçuşlarında aşkar təhlükə görmədiyini və PUA-ların xarici dövlətlərə məxsusluğuna dair sübutların olmadığını vurğulayıb. Bununla belə, hadisələrin inkişafının izlənəcəyinə vəd verilib.

ABŞ nəşrləri qeyd edirlər ki, aşkar təhlükə olmadığı təqdirdə hərbçilərin dronlara qarşı güc tətbiq etməsi üçün qanuni əsaslar yoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru