Almaniya hökuməti sakinləri ərzaq tədarük etməyə çağırıb

13-12-2024, 09:31           
Almaniya hökuməti sakinləri ərzaq tədarük etməyə çağırıb
Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq tədarük etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "t-online" xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

"Vətəndaşlara müraciət edirəm: fövqəladə hallara hazır olun. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru