Britaniya bu il Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq

Dünən, 15:58           
Britaniya bu il Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq
Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq (5,8 milyard dollar) məbləğində hərbi yardım verməyi planlaşdırır.

“İnterfaks” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracağıq - bu, indiyə qədər olan ən yüksək səviyyədir", - o qeyd edib.

Həmçinin C.Hili qeyd edib ki, Ukraynanın müttəfiqləri 2025-ci ildə Ukraynaya 21 milyard avro (23,8 milyard dollar) məbləğində hərbi yardım göstərmək öhdəliyi götürüblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.