Prezident gömrük işçisini vəzifədən belə qovdu - VİDEO
Dünən, 10:37

Tacikistan Prezidenti İmomali Rahmon korrupsiyaya bulaşmış gömrük işçisini nümayişkəranə şəkildə cəzalandırıb.
“AzPolitika” xəbər verir ki, Gömrük Komitəsinin toplantısına qatılan ölkə başçısı əməkdaşlardan birini ayaq üstə qaldıraraq onu sorğu-suala tutub. Məlum olub ki, Prezident onun var-dövləti, keçmiş fəaliyyəti barədə məlumatlıdır. Gömrük əməkdaşı 3 evinin və 1 maşınının olduğunu deyib, İmomali Rahmon isə onu yalan danışmaqda suçlayıb. Daha sonra onun vəzifədən azad olunduğunu elan edib.
Qeyd edk ki, olayın videogörüntüləri sosial şəbkələrdə dəfələrlə paylaşılıb və geniş müzakirələrə səbəb olub.
Tacikistan postsovet regionunda ən kasıb ölkədir, dağlıq reylefə malik olması və resurslarının demək olar olmaması əhalini xaricə, daha çox Rusiyaya üz tutmağa vadar edib. Hazırda bu ölkədə 100 minlərlə tacik miqrant ağır şərtlər altında ailəsini dolandırmaq üçün qazanc əldə etməyə çalışır.
Ölkədə sosial-iqtisadi vəziyyətin ağır olmasına rəğmən Rahmon ailəsi ölkənin bütün gəlirli sahələrinə nəzarət edir. Yüsək dövlət postları da prezidentin övladları və yaxın qohumları arasında bölüşdürülüb. Onlar dəbdəbəli həyat tərzi ilə tez-tez xarici medianın gündəminə gəlirlər. Taciksitan BMT-nin və digər beynəlxalq qurumların hesabatlarında korrupsiyalaşmış, hüquq və azadlıqların məhdudlaşdırıldığı ölkələr sırasında yer alıb.