Niderland Ukrayna üçün 150 milyon avro ayırıb

12-04-2025, 11:18           
Niderland Ukrayna üçün 150 milyon avro ayırıb
Niderland Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.

"Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru