Avropada iqtisadi sürpriz: İsveçrə inflyasiyanı sıfırladı

6-05-2025, 12:28           
Avropada iqtisadi sürpriz: İsveçrə inflyasiyanı sıfırladı
İsveçrə Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin aprel ayında ölkədə illik istehlak qiymətlərinin artımı 0% təşkil edib. Bu, 2021-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

"Bloomberg" xəbər verir ki, bu vəziyyət İsveçrə Milli Bankının əsas faiz dərəcəsini mənfi həddə endirə biləcəyi ilə bağlı proqnozlara səbəb olub.

Mütəxəssislər inflyasiyanın yavaşlamasını İsveçrə frankının güclənməsi və idxal olunan malların, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, İsveçrə Milli Bankı 2014-cü ildən 2022-ci ilin sentyabrınadək mənfi faiz dərəcəsi siyasəti aparıb. Təxminən üç il əvvəl isə əsas faiz dərəcəsini 0.5%-ə qaldırıb. Hazırda faiz dərəcəsi 0.25% təşkil edir ki, bu da 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir.

Hazırda dünyada mənfi faiz dərəcəsi olan ölkə yoxdur, baxmayaraq ki, müxtəlif illərdə Danimarka və Yaponiyada bu cür səviyyə müşahidə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru