Rusiya əhalisi azalmaqda davam edir

6-05-2025, 11:06           
Rusiya əhalisi azalmaqda davam edir
2025-ci ilin əvvəlində Moskva əhalisinin sayı 13.3 milyon nəfər olub.

RBC.ru xəbər verir ki, bunu şəhər meri Sergey Sobyanin 2024-cü ilin yekunları haqqında Rusiya Prezidenti Vladimir Putinə verdiyi hesabat zamanı bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə əhali 4.8 min nəfər artıb.

Rosstatın məlumatına əsasən, 2025-ci il yanvarın 1-nə Moskvanın əhalisi 13 274 285 nəfər olub. Bu, 2024-cü ildə paytaxt əhalisinin orta illik sayından - 13 212 044 nəfərdən 0.47% çoxdur.

Bütün Rusiyaya gəlincə, bu il yanvarın 1-nə əhalinin sayı 146 028 325 nəfər olub. 2024-cü ildə bu rəqəm 0.08% azalıb (bir il əvvəl 146 150 789 nəfər idi).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru