Saakaşvili bu telekanalda şou aparıcısı oldu

25-03-2017, 11:41           
Saakaşvili bu telekanalda şou aparıcısı oldu
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünə yeni iş yeri tapıb.
teref.az İstiPress-ə istinadən məlumat verir ki, gürcü siyasətçi Ukraynanın ZİK telekanalında aparıcı olub. Bu barədə Ali Radanın deputatı Borislav Bereza Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu günlərdə ZİK telekanalından ona zəng gəlib və yeni tok-şouya dəvət ediblər. Həmin tok-şounun aparıcısı Mixail Saakaşvilidir.
“Yeni trend – siyasətçi aparıcı. Rabinoviç, Lyaşko və indi Saakaşvili”, – deyə Bereza bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru