Britaniyada güclü partlayış baş verib, 15 nəfər xəsarət alıb

26-03-2017, 12:25           

Böyük Britaniyanın qərbindəki Mersisayd qraflığında binada baş vermiş güclü partlayış nəticəsində 15 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürmə, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru