Las-Veqasda naməlum şəxs avtobusda atəş açıb

26-03-2017, 12:26           
Las-Veqasda naməlum şəxs avtobusda atəş açıb
Amerikanın Las-Veqas şəhərində naməlum şəxsin avtobusda atəş açması nəticəsində azı 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli polis Lerri Hedfildə istinadən “Las Vegas Sun” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə şənbə günü 21.45 radələrində məşhur Las-Veqas-Strip bulvarında baş verib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
"Atışma avtobusda baş verib. İnsident nəticəsində iki nəfər zərər çəkib. Onların hər ikisi tibb məntəqəsinə çatdırılıb, lakin biri ölüb", — deyə Hedfild bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru