Britaniyada güclü partlayış nəticəsində xəsarət alanların sayı 30-u keçib

26-03-2017, 12:29           

Böyük Britaniyanın qərbində binaların birində güclü partlayış nəticəsində xəsarət alanların sayı 32-yə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə həkimlərin açıqlamasında bildirilir.

Mersisayd qraflığının Virral rayonunda baş verən insident nəticəsində yaralananlardan 30-u yüngül, 2 nəfər isə ağır xəsarət alıblar.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru