«GÜLƏN TÜRKİYƏYƏ VERİLƏCƏKDİ…» – Keçmiş CIA rəhbəri

26-03-2017, 12:50           

Keçmiş CIA rəhbəri Cames Voolsey, ABŞ prezidenti Donald Trampın istefasını istədiyi keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinn ilə bəzi Türk səlahiyyətlilərin, Fətullah Güləni “ABŞ-ın hüquqi müddəti göz ardı edilərək ölkədən necə gizlicə çıxarılabilinəcəyini” müzakirə etdiklərini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, “Wall Street Journal” qəzetinə danışan Voolsey, özünün də qatıldığı 19 sentyabr 2016-cı il tarixdə reallaşan görüşdə Maykl Flinn, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak ilə xarici işlər naziri Mövlüd Çavuşoğlunun da olduğunu açıqlayıb. Voolsey, həmin vaxt ABŞ seçkilərində prezident postu üçün yarışan Donald Trampın müşaviri olaraq görüşdə iştirak edən Flinn ilə Türk səlahiyyətlilər arasında “Fətullah Gülənin, ABŞ-ın sərhəd xarici tətbiqi qayda və şərtlərini, sərhəd xarici etməyə istiqamətli hüquqi və qanuni müddəti göz ardı edərək, Fətullah Gülənin gizlicə Türkiyəyə gətirilməsini müzakirə etdiklərini” dilə gətirib.

Keçmiş CIA rəhbəri görüşdə tərəflər arasında “gerçək taktikaların danışılmadığını” belə bir vəziyyət olsaydı qarşı çıxacağını və bunun qanuni yollarını sorgulayacağını ifadə edib. Voolsey, yığıncaqda Gülənin gizlicə Türkiyəyə göndərilməsinin “pis bir fikir” olduğunu söylədiyini, edilən müzakirəni o dövrdə ABŞ-ın vitse-prezidenti olan Co Bayden ilə də paylaşdığını da açıqlayıb.

Xatırladaq ki, Maykl Flinn Rusiya ilə əlaqələrini saxladığı üçün ABŞ prezidenti Tramp tərəfindən milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən istefaya göndərilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.