Polis Sankt-Peterburq mitinqini də dağıtdı –131 nəfər də burada saxlanıldı

27-03-2017, 08:22           

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

Məlumata görə, müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.

Qeyd edək ki, bu gün Moskvada müxalif “Tərəqqi” partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru