Rusiya İrana satdığı S-300 kodlarını İsrailə verib - İDDİA

27-03-2017, 08:38           
Rusiya İrana satdığı S-300 kodlarını İsrailə verib - İDDİA
Bəşər Əsəd rejimi Suriyada "Hizbullah" hədəflərini bombardıman edən İsrailə xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, İsrailə göndərilən mesajda, hərbi hədəflərə istiqamətlənmiş hücumlara dərhal cavab veriləcəyi bildirilib.

Bundan başqa, mülki hədəflər vurulacağı təqdirdə isə İsrailə aid Hayfa limanı və petrokimya fabrikinin vurulacağı qeyd edilib.

Suriyada olan Rusiya istehsalı ballistik raketlər barədə isə mübahisələr davam edir. Adını açıqlamayan İranın hökumət rəsmisi Moskvanın İrana satdığı S-300 raketlərinin kodunun İsrailə satıldığını iddia edib.

Suriyada aparılan hava əməliyyatı vaxtı İsrailin bu kodlardan istifadə etdiyini deyən iranlı rəsmi sistemdə İsrail qırıcılarının mövqeyinin "dost" kimi dəyişdirildiyini iddia edib.

"İsrail Suriyada çox sayda hava əməliyyatı keçirib. İnkişaf etmiş havadan müdafiə sistemləri olmasına baxmayaraq onlara cavab vermək mümkün olmadı. İsrailli mühəndislər sistemin kodları ilə oynayıb və öz qırıcılarının mövqeyini sistemdə dost kimi göstəriblər. Bu səbəbdən də havadan müdafiə sistemi işə düşməyib." - deyə iranlı rəsmi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru