Tramp Kremlin adamıdır: ABŞ prezidenti vəzifəsindən alına bilər
27-03-2017, 11:13
ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) keçmiş əməkdaşı Con Schindler prezident Donald Trampın kabinetindəki yüksək vəzifəli şəxslərin Rusiya ilə əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırıla biləcəyini deyib. Hazırda təhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərən Schindler CBC radiosuna açıqlamasında prezident Trampa qarşı istintaq açıla biləcəyini iddia edib. “Trampın seçki kampaniyası qrupunun prezident seçkilərinə müdaxilə etmək üçün Rusiya ilə gizli əlaqə qurması iddiaları səbəbilə istintaq başlansa, bu, Trampın sonu ola bilər. Yalnız ətrafındakı insanlar deyil, prezidentin özü də istintaqa cəlb edilsə, vəziyyət başqa cür ola bilər. İstintaq açılması səbəbilə Tramp istəsə də, istəməsə də vəzifəsindən uzaqlaşdırılacaq” deyə təhlükəsizlik mütəxəssisi bildirib. Schindler müstəqil istintaq aparılacağı təqdirdə Tramp və kabinetinin Rusiya ilə iddia edilən əlaqələrinin ortaya çıxarılacağını deyib.(avropa.info)