Büllur tabutlarda ərlə arvad tapıldı

27-03-2017, 21:04           

Çinin Çjouçjou şəhər dairəsindəki Taykan vilayətində inşaat işləri zamanı qədim sərdabə aşkarlanıb.Xeberci.tv The South China Morning Post-a istinadən bildirir ki, su borusunun çəkilişi zamanı tapılan sərdabədə mumiyalaşmış iki cəsəd var.

Alimlərin dediklərinə görə, mumiyalaşmış cəsədlər 500 il əvvəl dəfn olunmuş kişi və qadındır. Antropoloqlar hesab edirlər ki, sərdabədə Min sülaləsinin hakimiyyətdə olduğu zaman yaşamış məmur Qu Zuonun nəvəsi və onun arvadı dəfn olunublar.

Mumiyalardakı geyimlər o qədər yaxşı qalıb ki, parçalarda qızıl saplarla tikilmiş naxışları sezmək mümkündür.

Mumiyalar sərdabədə iki büllur tabutdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru