“Kürd dövləti yaradılmayacaq” - ABŞ generalı

30-03-2017, 13:36           
“Kürd dövləti yaradılmayacaq” - ABŞ generalı
PYD Suriyada muxtariyyət yaradacaq qüvvədə deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlər üçün təşkil edilən konfransda ABŞ generalı Stiven Tounsend söyləyib.

“Kürdlər əslində Suriyanın 10%-ni təşkil edirlər. Orada kürd federativ dövləti deyilən bir şeyin qurulacağına inanmıram”, – o bildirib.

Maraqlı məqam orasıdır ki, Tounsendi “Anadolu Agentliyi”nin müxbirinin verdiyi sual əsəbləşdirib. Jurnalist generala “PYD orada kantonlar yaradıb, onları birləşdirir. Bunları bir yerdə toplayan PYD özünün siyasi iddialarını hər fürsətdə elan edir. Söylədiklərinizlə PYD-nin etdikləri arasında uyğunsuzluq var. Onlara bu fikirlərinizi çatdırmısınızmı? Yoxsa onlar sizə nəsə özəl bir şey söyləyiblər ki, belə bir mövqe nümayiş etdirirsiniz?” - deyə müraciət edib. General isə buna cavabında “Mənim kürd dövləti yaratmaq kimi missiyam yoxdur. Deyəsən, sənin siyasi iddiaların var, ona görə ki, verdiyin sual tərəfsiz deyil. Məni hansısa cavaba məcbur edirsən”, - deməklə kifayətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru