İŞİD terrorçuları Mosulda uşaqlardan sipər kimi istifadə edir

30-03-2017, 20:02           
İŞİD terrorçuları Mosulda uşaqlardan sipər kimi istifadə edir
İŞİD terrorçuları İraq Federal Polis Qüvvələrindən qorunmaq üçün azyaşlı uşaqdan sipər kimi istifadə edib.

SalamNews “Əl-Aləm”-ə istinadən xəbər verir ki, Mosulun qərbində baş vermiş hadisəni əks etdirən görüntülər İraq polisinin havaya buraxdığı dron vasitəsi ilə qeydə alınıb.

İraq Federal Polisinin rəisi Şakir Cövdət mətbuata verdiyi açıqlamada bildirib ki, İŞİD terrorçuları dəfələrlə bu metoddan istifadə ediblər. Onlar İraq ordu qüvvələrinin snayperlərindən qorunmaq üçün uşaq və qadınlardan sipər kimi istifadə edirlər.

“İŞİD həmişə olduğu kimi yenə də vəhşilik göstərir. Bu dəfə azyaşlı uşağa güc tətbiq etməklə onu evdən çıxarır və özünə sipər edir. Biz dinc əhaliyə zərər dəyməməsi üçün snayperlərə belə hallarda çox ehtiyatlı olmağı və atəş açmamağı göstəriş vermişik”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru